2 C
Baku
Saturday, December 14, 2024

Bank BTB ilk yarımilliyi mənfəətlə başa vurdu

®Bank BTB 2021-ci ilin ilk yarımilliyini 538 min manat xalis mənfəətlə başa vurub.

Belə ki, bankın ilk yarımilliyi üzrə faiz gəlirləri 12 milyon 284 min manat, faiz xərcləri isə 7 milyon 505 min manat olmuşdur. Qeyd edilən dövrdə qeyri-faiz gəlirləri 2 milyon 801 min manat təşkil etmişdir.

2021-ci ilin ikinci rübün sonuna Bank BTB-nin cəmi aktivləri 354 milyon 933 min manat olmuşdur. Müxtəlif növ kredit məhsulları təqdim edən Bank “BTB” ASC-nin həmin dövr ərzində kredit portfeli 248 milyon 058 min manat təşkil etmiş, bu isə ötən ilin həmin periodu ilə müqayisədə 16% artım deməkdir. Fiziki şəxslərin müddətli depozit portfelinin  həcmi isə 48% artaraq 122  milyon  912 min manat təşkil etmişdir.

Qeyd edək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Bank uğurlu inkişaf strategiyası çərçivəsində daim müştəri məmnunluğunu üstün tutaraq bu istiqamətdə xidmət keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin tətbiqi və inkişafı istiqamətində fəaliyyət göstərməyə davam edir.

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı həftəiçi 5 gün müştərilərin xidmətindədir.

Son xəbərlər
Digər xəbərlər