8 C
Baku
Thursday, December 12, 2024

Bank BTB Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) xətti ilə güzəştli mənzillərin ipoteka kreditləşməsini reallaşdırır

®“Bank BTB” Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) xətti üzrə mənzillərin güzəştli şərtlərlə əhaliyə təqdim olunmasına vasitəçilik edən müvəkkil banklar sırasındadır.

Məlumat üçün qeyd edək ki, MİDA tərəfindən 16 dekabr tarixində Hövsan, Sumqayıt və Gəncə Yaşayış Kompleksləri üzrə 432 mənzil satışa çıxarılır. Həmişə olduğu kimi, satışa çıxarılan mənzillərin kreditləşməsi prosesində Bank BTB də iştirak edəcək.

Müştərilərin güzəştli mənzillərin ipoteka kreditləşməsini Bank BTB-yə həvalə etmələri üçün 3 səbəbləri olacaq.

Belə ki, yüksək və sürətli xidmət göstərən Bank BTB sənədləşməni 1 iş günü ərzində həyata keçirir.

İkinci səbəb olaraq, kredit rəsmiləşdirilməsi zamanı müştəridən rəsmiləşdirilmə komissiyası tutulmur. Yəni, komissiya haqqı 0%-dir.

Nəhayət, üçüncü səbəb, güzəştli mənzilləri Bank BTB-də rəsmiləşdirən müştərilərə məişət texnikası HƏDİYYƏ olunacaq.

Qeyd edək ki, Bank BTB MİDA MMC ilə 2017-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən artıq 6 ildir ki, əhaliyə illik 4%-lə güzəştli ipoteka kreditlərini təklif edir. 

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Son xəbərlər
Digər xəbərlər