-1 C
Baku
Sunday, December 15, 2024

Bank BTB-nin istiqrazları satışa çıxır

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BTB Bank” ASC-nin istiqrazları 3 mart 2020-ci il tarixində standart bazar seqmentində listinqə daxil edilmişdir.

5 mart  2020-ci il tarixində isə “BTB Bank” ASC-nin 2 000 000 (iki milyon) manat həcmində  istiqrazlarının ticarəti həyata  keçiriləcəkdir. İstiqrazların tədavül müddəti 1 (bir) təqvim ilidir (365 gün) və illik faiz dərəcəsi 9% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər rübün son iş günü ödəniləcəkdir.

İstiqrazların emissiya prospekti Bakı Fond Birjasının internet səhifəsində “Listinqdə olan emitentlər” (https://bfb.az/teqdimat/?s_issuer=1389) bölməsindən əldə edə bilər. Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İŞ” ASC-dir.

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıHərrac tarixiİstiqrazların hərrac qiyməti
AZ2002009440Faizli təmin edilməmiş2 000(ədəd)05.03.20201000 AZN

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://bfb.az/uzvlerin-siyahisi/) bölməsində yerləşdirmişdir.

Son xəbərlər
Digər xəbərlər