®Bank BTB korporativ sosial məsuliyyət siyasətinə sadiq qalaraq özünəməşğulluq proqramı çərçivəsində əhalinin həssas qruplarına dəstəyini davam etdirir.
Belə ki, bankımız daha 11 aztəminatlı ailəni kiçik biznes qurmaları üçün lazımi avadanlıq və ləvazimatlarla təmin edərək sevindirdi. Onlardan 5-i qadın gözəllik salonu, 2-i kişi bərbərxanası, 2-i un məmulatları, 1-i tekstil məmulatlarının istehsalı, 1-i isə musiqiçi peşəsi ilə məşqul olan Mansurov Müşviq Gəray oğlu, Mustafayeva Sevda Vahid qızı, İbrahimova Afət Səhrad qızı, Babayeva Səbinə Beykəs qızı, Nəbiyeva Ülviyyə Nazim qızı, Süleymanov Nicat Hümbət oğlu, Orucova Aybəniz Vaqif qızı, İbrahimi Müşərrəf Tofiq qızı, Səfərov Vəli İsgəndər oğlu, Əliyeva Gülnar Əlövsət qızı, Abbasova Məlahət Abdul qızıdır. Proqramdan bəhrələnən şəxslər Nəsimi, Suraxanı, Abşeron, Xəzər, Binəqədi, Xətai rayonlarının və Sumqayıt şəhərinin sakinləridir. Qeyd edək ki, proqramdan yararlananlar şəhid anası, fiziki məhdudiyyətli və aztəminatlı şəxslərdir.
Nəzərinizə çatdıraq ki, Bank BTB Özünüməşğulluğa Dəstək proqramı çərçivəsində 2020-ci il ərzində 27 ailəyə dəstək olub. Cari layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyi arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanmış memorandumun icrası istiqamətində həyata keçirilib.
Məlumat üçün bildirək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədi ilə bütün növ bank xidmətləri göstərir.
Bankın hər hansı məhsul, xidmət və ya kampaniyaları ilə bağlı məlumat almaq üçün onlayn müraciət kanallarımız olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət etmək mümkündür. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı həftəiçi 5 gün müştərilərin xidmətindədir.