10 C
Baku
Wednesday, December 11, 2024

“Bank BTB”nin gəlirləri artıb, kredit portfeli böyüyüb

“Bank BTB” ASC bu ilin I yarımilliyini 538 min manat mənfəətlə başa vurub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “Bank BTB”nın gəlirləri 15 milyon 85 min manat, xərcləri 14 milyon 977 min manat təşkil edib.

Bu il iyulun 1-nə “Bank BTB”nin aktivləri 300 milyon 45 min manat olub. Bunun 237 milyon 177 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13% böyüyüb.

Hesabat dövründə “Bank BTB”nin öhdəlikləri 300 milyon 45 min manat, balans kapitalı isə  54 milyon 888 min manat olub.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

b1 b2 b3

Son xəbərlər
Digər xəbərlər