Bank BTB ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə Rzayev Emil Sabir oğlu təyin olunub. Emil Rzayev 21 ildir ki bank sektorunda fəaliyyət göstərir. Bunlardan 14 il ərzində yüksək vəzifələrdə çalışıb.
Bu barədə Banker.az-a BTB-dən xəbər verilib.
Bank BTB-nın müşahidə şurasında da dəyişikliklər baş verib. Banka əvvəl sədrlik edən Samir
Qocayev Müşahidə Şurasında Asim Salamovu əvəz edib. Hal-hazırda Müşahidə Şurasının tərkibi 3 nəfərdən
ibarətdir.
Bank BTB 2010-ci ildən yaradılıb. Bu gün bank 10 filial, 6 şöbə və Baş ofisdə yerləşən Müştəri
Xidmətləri Departamenti ilə təmsil olunub.