27 C
Baku
Saturday, April 27, 2024

Bank depozitlərinə vergi güzəştinin dayanması portfelə təsir edib

Hökumətin 1 fevral 2023-cü il tarixindən bank depozitlərinə tətbiq edilən vergi güzəştinin uzadılmamasına artıq əmanətçilər ilkin reaksiyanı verib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin fevral ayında müştərilərin banklardakı depozitlərinin həcmi 1.2 faiz azalaraq 32 mlrd. 968.8 mln. manatdan 32 mlrd. 560.8 mln. manata düşüb.

Azərbaycanda 2016-cı ildən əhali və şirkətləri  banklarda depozit yerləşdirilməsində həvəsləndirmək üçün onların 10%-lik gəlir vergisindən azat etmişdi. 1 fevraldan 10 000 manatlıq depoziti 9% illik ödəniş faizi ilə cəlb edilirdisə, bu 900 manat gəlir sayıldığı üçün 10%-lik gəlir vergisinə cəlb ediləcək. Yəni müştəri buna görə dövlətə 90 manat vergi ödəməlidir.

Cəlb edilmiş depozitlərin hazırda 15 milyard 550.2 mln. manatı xarici valyutadadır.

Azalma əsasən əhali və şirkətlərin müddətli depozitlərində deyil, tələbli depozitlərində qeydə alınıb. Müddətli bəlli müddətə bankda faiz gəliri əldə edilmək şərti ilə qoyulan depozitdir.

Məsələn, fevralın əvvəli əhalinin banklardakı müddətli depozitləri aylıq müqayisədə 2.2% artaraq 6 mlrd. 336.1 mln. manata yüksəldiyi halda, tələbli depozitlərin həcmi 3.1% azalaraq 5 mlrd. 317.8 mln. manat təşkil edib.

Bankların əsas maliyyə mənbəyi olan şirkətlərin tələbli depozitlərinin həcmi 18 mlrd. 62.2 mln. manat olmaqla fevralı 4% azalma ilə qapadıb. Müddətli depozitlər isə 15.5% artaraq 2 mlrd. 844.7 mln. təşkil edib.2342322

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər