18 C
Baku
Monday, April 29, 2024

Bank faizlərinin endirilməsi ilə bağlı ekspert təklifi

Sizcə, Mərkəzi Bankın və prezidentin qeydlərindən sonra biznes kreditlərinin banklar tərəfindən verilməsində ciddi dəyişikliklər olacaqmı? Mərkəzi bank uçot dərəcəsini endirməsinə baxmayaraq bankların ucuz vəsaitə çıxışı məhduddur- xaricidən vəsaitin cəlb edilməsi isə son nəticədə kredit faizlərinin yüksək olmasına gətirib çıxarır. Sizin fikrinizcə mərkəzi bank bu istiqamətdə nə iş görməlidir? Banker.az maraqlandıran bu suallara iqtisadçı-ekspert Vüqar Bayramov aydınlıq gətirdi.

Ümumiyyətlə, Azərbaycan kommersiya banklarının reytinqi 3B plus 3B dir. Azərbaycanda A reytinqinə malik olan bank yoxdur. Ölkənin reytinqi isə 3B şəklində qiymətləndirilir.Ümumiyyətlə, ölkədə fəaliyyət göstərən şirkətin reytinqi ölkənin reytinqindən yüksək ola bilməz. A reytinqinə malik olan bankların olmaması bankların kredit resurslarına  birbaşa çıxış imkanlarını məhdudlaşdırır. Təbii ki onlar vasitəçilərdən istifadə etməklə kredit resurslarını xaricdən cəlb etməyə çalışırlar.

Bu gün Azərbaycan kredit faizlərini müqayisə etsək, kommersiya banklarının kredit faziləri istehlak kreditləşməsi üzrə orta hesabla 26%, biznes kreditləşməsi üzrə 16%- dir. Azərbaycan kommersiya bankları orta hesabla 8% -lə vəsaitləri cəlb edə bilir. Bu gün Avropadan cəlb edilən vəsaitlər olsa da belə, reallıq ondan ibarətdir ki, kommersiya bankları Avropadan 8%-lə vəsait, vətəndaşdan isə 9%-lə əmanət cəlb edir. Bir mənbədən 8%, bir mənbədən 9% vəsaitin cəlb etməsinə baxmayaraq kommersiya bankları kreditləri hal-hazırda istehlak kreditlərini 26% -ə endirib. Bəzi hallarda 35%-ə qədər yüksəlir. Problem ondan ibarətdir ki, bu gün kommersiya banklarının cəlb etdiyi vəsaitlərin kredit faizləri arasında böyük bir fərq var. Kommersiya bankları bu fərqi süni şəkildə genişləndirir və bu fərqi azaldılmasına ehtiyac var.

Mərkəzi Bank nələr etməlidir? Mərkəzi Bank kommersiya bankların beynəlxalq maliyyə qurumlarına çıxış imkanını genişləndirə bilər. Beynəlxalq maliyyə qurumlarına çıxış daha ucuzdur. Buda imkan verəcək ki, kommerisya bankları mərkəzləşdirilmiş kreditlərdən istifadə etsinlər və ucuz vəsaitləri cəlb etməklə nisbətən aşağı faizlə kreditləri təklif edə bilsinlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər