6 C
Baku
Saturday, December 14, 2024

Bank “Günay Sığorta”da pay alıb – Paylar dəyişdi

“Günay Sığorta” ASC-nin ötən il səhmdarı olan “Günay Bank” ASC-nin payı daha da artıb.

Banker.az bu barədə əldə etdiyi məlumatda bilirilir.

Belə ki, ötən il “Günay Sığorta” ASC hər birinin nominal dəyəri 1000 manat olan 1300 ədəd səhm buraxıb. Səhmlərin 800 ədədi “Günay Bank” ASC tərəfindən, 500 ədədi isə mövcud səhmdar Mahmud Məmmədov tərəfindən əldə edilmişdi.  Bununla da satınalmadan sonra “Günay Sığorta” ASC-nin nizamnamə kapitalının 33.27%-i Mahmud Məmmədova, 58.31%-i Yeganə Şirinovaya, 8.42%-i “Günay Bank” ASC-yə məxsus olmuşdu.

Yeni açıqlamaya əsasən isə “Günay Sığorta” ASC-nin səhmlərinin 28.46%-i Mahmud Məmmədova, 49.9%-i isə Yeganə Şirinovaya məxsusdur. Bununla da, bankın sığorta şirkətinin nizamnamə kapitalında payı 21.64%-ə qalxıb (800 səhmdən 2500 səhmə qaldırıb).

M.Məmmədov “Günay Bank” ASC-nin əsas səhmdarıdır. Belə ki, bankın 64.91 mln. manatlıq səhm kapitalının 58.22%-i Mahmud Məmmədovundur.

 

Son xəbərlər
Digər xəbərlər