2 C
Baku
Saturday, December 14, 2024

Bank kapitalı və onun mahiyyəti

Bank və bank sisteminin bütünlükdə başlıca iqtisadi dəyərlər strukturunda onların potensialını və iqtisadi inkişaf tempini müəyyən edən ən vacib rollardan biri kapitalın öhdəsinə düşür. Azərbaycanın yerli bank institutlarının kapital bazasının möhkəmləndirilməsi və onun dünyaya inteqrasiyası əhəmiyyətli dərəcədə bankın kapital həcminin artımından asılıdır.

Kapital banka aktiv əməliyyatları genişləndirməyə imkan verir və ümumi sabitlik göstəricisi, eləcə də ayrı-ayrılıqda hər bir bankın və bütövlükdə bank sisteminin işləmək bacarığı kimi göstəricilərdə rəqabət qabiliyyətliliyini təmin edir.

Bankın kifayət dərəcədə kapitallaşmasının təmin edilməsinin vacibliyi bank kapitalına obyektiv tələbi şərtləndirir və iqtisadi kateqoriya kimi onun mahiyyətinin elmi aspektdən dərk edilməsi üçün əsas motiv rolunu oynayır. Kapitalın mahiyyətinin nəzəri cəhətdən əsaslandırılması əhəmiyyətli dərəcədə onun formalaşmasına və bankın praktiki fəaliyyətinə təsir göstərir.

“Bank kapitalı” terminin yaranması və yayılması nəinki ölkənin bank sisteminin və iqtisadi inkişafının, həm də kapital anlayışının iqtisadi kateqoriya kimi qəbul edilməsinin nəticəsidir. Bu gün iqtisadi ədəbiyyatlarda alimlərin “kapital” anlayışının mahiyyətinə yanaşmaları fərqlənir, bu da “bank kapitalı” kimi birmənalı qarşılanmayan anlayışın dərk edilməsinə və şərhinə təsir göstərir.

Son xəbərlər
Digər xəbərlər