Banker.az xəbər verir ki, FICO analitik şirkətinin təqdim etdiyi məlumatlara əsasən, keçən il 19 Avropa ölkəsində bank kartları ilə həyata keçirilən fırıldaqçılıq halları ümumilikdə 1,8 milyard avro zərər vurub.
Ən çox zərərlə üzləşən ölkə Böyük Britaniyadır. Belə ki, 2016-cı ildə zərər təqribən 618 milyon funt təşkil edir ki, bu da 2015-ci ildə olduğundan 9% çoxdur.
Fırıldaqçılıq nəticəsində vəsait itkisi ilə bağlı artım yaşayan digər ölkələr isə İsveç (+18%) və Polşadır (+10%). 2016-cı ildə Böyük Britaniya və Fransa birlikdə 19 Avropa ölkəsinin zərər həcminin 73%-ni yaşayıb. Onların ardınca Almaniya, İspaniya, Rusiya, İtaliya və İsveç gəlir.
Ümumilikdə, 10 ölkədə fırıldaqçılıq nəticəsində itkilər artmış, 8 ölkədə isə enmişdir.