6 C
Baku
Sunday, December 15, 2024

Bank kreditlərinin ən baha və ən ucuz olduğu bölgələr açıqlandı (Siyahı)

2020-ci ilin may ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 14,742 mlrd. manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Cari ilin aprel ayının 1-nə isə bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 15,233 mlrd manat olub. Aylıq müqayisədə isə bankların regionlar üzrə kredit qoyuluşu 3,2% azalıb.

Hesabat dövründə banklar tərəfindən təklif olunan kreditlərin orta faiz dərəcəsi 11,02%-ə bərabər olub.

Bank sektorunda regionlar üzrə verilən kreditlərin həcminə görə ilk pillələri Bakı şəhəri, Aran və Gəncə-Qazax iqtisadi rayonları tutur.

Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Yuxarı Qarabağ iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 23.7% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 9,2% olub. İqtisadi rayonlar arasında orta faiz dərəcəsinə görə ən aşağı göstərici Naxçıvanda qeydə alınıb. Burada verilən kreditlərin orta faiz dərəcəsi 15,2%-ə bərabər olub.

Bildirək ki, əsasən Bakıda və azda olsa digər böyük şəhərlərdə faiz ona görə aşağı olur ki, burada böyük layihələrin icrasına iri həcmli kreditlər verilir və belə kreditlərin faiz dərəcəsi aşağı olur. Ona görə orta göstərici bu kreditlərin orta hesabatına nisbətən aşağı çıxır.

krd

Son xəbərlər
Digər xəbərlər