9 C
Baku
Thursday, December 12, 2024

Bank kreditlərinin ən baha və ən ucuz olduğu bölgələr açıqlandı (Siyahı)

2020-cu ilin fevral ayına Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 15,116 mlrd. manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə banklar tərəfindən təklif olunan kreditlərin orta faiz dərəcəsi 11 %-ə bərabər olub.

Bank sektorunda regionlar üzrə verilən kreditlərin həcminə görə ilk pillələri Bakı şəhəri, Aran və Gəncə-Qazax iqtisadi rayonları tutur. Respublika üzrə ən az kredit Yuxarı-Qarabağ iqtisadi rayonunda verilib. Bu bölgədə kredit qoyuluşu 60,437 min manat təşkil edib.  

Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Yuxarı Qarabağ iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 23.9% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 9,2% olub. İqtisadi rayonlar arasında orta faiz dərəcəsinə görə ən aşağı göstərici Naxçıvanda qeydə alınıb. Burada verilən kreditlərin orta faiz dərəcəsi 14,1%-ə bərabər olub.

merkezi bnk

Son xəbərlər
Digər xəbərlər