Kreditlərin 82%-i Bakı şəhərinə verilir

Azərbaycan Mərkəzi Bankının yanvar ayı  üzrə açıqladığı statistikaya əsasən, kredit portfeli  12 mlrd 884,7 mln manat olub.

Banker.az bu barədə AMB-yə istinad edir.

Kredit portfelindən Bakı şəhərinə verilən kreditlərin məbləği 10 mlrd 579,8 mln manat və  ya ümumi məbləğdə xüsusi çəkisi isə 82,11 %-dir , regionlara verilən kreditlərin məbləği isə 2 mlrd 304,8 mln manat və ya ümumi məbləğdə xüsusi çəkisi 16,96% təşkil edib.

Onu da qeyd edək ki, ötən ilin eyni dövründə kredit portfeli 11 mlrd 656,1 mln manat idi. Bakı şəhərinə verilən kreditlərin məbləği 9 mlrd 678,7 mln manat, regionlara verilən kredit məbləği isə 1 mlrd 977,4 mln manat olub.

Belə ki, bir il ərzində  kredit portfeli 1 mlrd 228,6 mln manat  və yaxud 10,54% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə Bakı şəhərinə verilən kreditlərin məbləği 901 mln manat, regionlara verilən kredit məbləği isə 327 mln manat artıb. 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər