19 C
Baku
Sunday, May 19, 2024

“Bank “MBA-MOSKVA” bankın Prestige Club private banking müştəriləri üçün Multi Family Office adlı yeni sahənin açılmasını elan edib

Multi-Family Office, ailə kapitalının gələcək nəsillər üçün saxlanılması və artırılması məqsədini daşıyan, imkanlı müştərilərin maddi ve qeyri maddi aktivlərinin idarə edilməsini təmin edən çoxistiqamətli sistemdir. “Bank “MBA-MOSKVA” Prestige Club MFO çərçivəsində private banking müştərilərinə aktivlərin idarə edilməsi, konsaltinq xidmətləri, immiqrasiya xidmətləri, vergi planlaşdırılması, alternativ investisiyalar və s. kimi sahələri əhatə edən xidmətlər təklif edir. 

Bankın İcraçı direktoru, investisiya və özəl bank biznesi blokunun rəhbəri Fəqan Nağıyev iki il öncə Prestige Club brendi altında bankda private banking sahəsinin yaradıldığını bildirərək, qeyd edib ki, keçən müddət ərzində bankda “private banking” sahəsinin inkişaf templəri və maliyyə göstəriciləri bu sahəni bank üçün prioritet sahələrdən birinə çevirib. Biz hesab edirik ki, Multi-Family Office üzrə müştərilərimizə xidmətlərin göstərilməsi, bankımızda private banking sahəsinin inkişafının yeni və vacib mərhələsidir. Bu istiqamətdə müştərilərə keyfiyyətli xidmətlər təklif etmək məqsədi ilə, bank bu sahə üzrə ixtisaslaşan beynəlxalq şirkətlərlə əməkdaşlıq edir və bu fəaliyyət sahəsini daha çox inkişaf etdirmək niyyətindədir. Fəqan Nağıyev habelə qeyd edib ki, 19-cu əsrin sonlarında Amerika

Birləşmiş Ştatlarında sənaye imperiyalarının yaranması ilə, sənaye maqnatlarına maliyyə və hüquq sahələrini mükəmməl bilən köməkçilər tələb olunurdu. Beləliklə ABŞ-da ilk klassik ailə ofisləri yaranmağa başladı. 1980-ci illərdə isə klassik ailə ofisləri birləşərək “Multi-Family Office”lər yaratdılar ki, bununla da “family office”lərin inkişafının yeni mərhələsi başladı. 2000-ci illərin sonlarında isə Rusiyda ilk “family office”lər yaranmağa başladı ki, bu da Rusiyada “onshore private banking”in inkişafına yeni təkan verdi.

“Bank “MBA-MOSKVA” MMC 2002-ci ildə Rusiyada Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olaraq fəaliyyətə başlayıb. Bank Rusiyanın TOP-150 ən böyük bankları sırasına daxildir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər