27 C
Baku
Saturday, July 27, 2024

“Bank of America”: 2023-cü ildə neft qiymətləri daha dəyişkən olacaq

Gələn il neft bazarı üçün çətin olacaq, çünki həm xammala tələbat, həm də təkliflə bağlı böyük problemlər gözlənilir, bunu “Bank of America” deyir. Bankın mütəxəssislərinin sözlərinə görə, 2023-cü ildə neft qiymətləri daha çox dalğalana bilər.

“Bank of America” proqnozlaşdırır ki, bazarda istənilən əsas oyunçunun asanlıqla poza biləcəyi qeyri-sabit tarazlıq yaranacaq. Qlobal iqtisadiyyatda yaranan tənəzzül sənayeyə də mənfi təsir göstərəcək.

Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.

Amerika bankının hesabatına görə, gələn il dünyada xammala tələbat sutkada 1.55 milyon barelə qədər azalacaq. Ekspertlər həmçinin 2023-cü ildə neftin bir barelinin orta qiymətinin 100 dollar civarında olacağını düşünürlər.

Son xəbərlər
Digər xəbərlər