“Bank of America” bəzi müştərilərinə bitkoin fyuçersləri ilə ticarət etməyə icazə verib

Amerikanın ən böyük banklarından biri olan “Bank of America” bəzi müştərilərinə bitkoin fyuçersləri ilə ticarət etməyə icazə verib.

Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “CoinDesk” məlumat verib.

Qeyd edək ki, aprel ayından iyunun sonuna qədər bitkoin fyuçerslərinə maraq əhəmiyyətli dərəcədə azalıb. Maliyyə alətinə olan marağın azalması institusional investorların ehtiyatlı olduqlarını göstərir.

May ayında “Bank of America” bitkoinin aktiv idarəçiləri arasında populyar olduğunu aşkar edib. Sorğuda təxminən 216 top-menecer iştirak edib, onların idarə etdikləri aktivlərin həcmi 625 milyard dollar dəyərində qiymətləndirilir.

Hələ yanvar ayında “Bank of America”nın baş investisiya strateqi Maykl Harnett bitkoini “köpüklərin ən pisi” adlandırıb. Onun fikrincə, kriptovalyutanın yüksəlişi spekulyativ maniyanın nəticəsidir. Harnett bitkoin qiymətinin dəyişməsini əvvəlki “köpüklər”lə müqayisə edib. Məsələn, 1970-ci illərdə qızıl bazarında baş verən hadisələrə işarə edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.