21 C
Baku
Thursday, April 25, 2024

“Bank of America” 2022-ci ilə qədər neftin 100 dollara yüksəlməsinin səbəblərini açıqladı

“Bank of America”nın neft bazarına dair hesabatına görə, “Brent” markalı neftin qiyməti 2022-ci ilə qədər 100 dollara qədər arta bilər. Banker.az bu barədə xarici KİV–ə istinadən xəbər verir.

Bank mütəxəssislərinin sözlərinə görə, belə bir artımın altı səbəbi var.

Qiymətlərin artmasına təsir göstərə bilən amillər arasında analitiklər təxirə salınmış tələbi, habelə özəl avtomobil nəqliyyatının digər nəqliyyatlarla müqayisədə üstünlük təşkil etdiyini qeyd edirlər. Eyni zamanda ekspertlər distant rejimin “avtomobildən iş” formatına səbəb ola biləcəyinə və bunun şəxsi avtomobillə qət edilən məsafənin artmasına gətirib çıxaracağına inanırlar.

Tələb məsələsinə gəldikdə, “Bank of America” Paris iqlim razılaşmasının məqsədlərinə çatmaq üçün şirkətlərin kapital xərclərinin artmasını vurğulayır. İnvestorlar həm maliyyə sektoruna, həm də davamlı inkişafa (ESG, environmental, social, governance) investisiya qoyaraq, enerji sektorunda daha aktiv rol oynamağa başlayıblar.

Xatırladaq ki, analitiklər 2021-ci ildə neftin qiyməti ilə bağlı proqnozu 60 dollardan 68 dollara qədər artırıblar. Buna kütləvi vaksinasiya, o cümlədən qlobal mobilliyin artması və OPEC+ ölkələrinin dissiplinli olması təsir göstərib. Proqnozlara görə, 2022-ci ildə neftin qiyməti 60-75 dollar, 2023-cü ildə isə 65 dollar təşkil edəcək.

“Bank of America” neft kotirovkalarının enişini də istisna etməyib. Birincisi, İran neftinin bazara çıxması 2021-ci ilin ikinci yarısında neftin qiymətinə təzyiq göstərə bilər. İkincisi, koronavirus mutasiyalarının artması, vaksinasiya prosesinin isə əksinə, ləngiməsi əlavə risklər yaradır. Bundan əlavə, analitiklər OPEC+ sazişinin şərtlərinin pozulmasını da nəzərə alırlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər