5 C
Baku
Saturday, December 14, 2024

“Bank of Baku” bu investisiyaya böyük yatırım edir və həmin aktivlərdən gəlirləri kəskin artır

“Bank of Baku” ASC son bir ildə investisiya siyasətində qiymətli kağızlara yatırımı gücləndirməkdədir və bank bundan da faydalanmış görünür.

Banker.az xəbər verir ki, bankın 2023-cü ilin ilk rübünün sonu 31.17 mln. manat olan qiymətli kağızlara yatırımının həcmi cari ilin müvafiq dövrünə 79.35 mln. manata yüksəlib. Bankın son bir ildə qiymətli kağızlar üzrə portfelinin həcmi 155 faiz, cari ilin əvvəlindən isə 77 faiz artıb. Artım dinamikası son rübdə daha çox olub.

Banklar gəlir artımını və likvidlik üçün qiymətli kağızlara investisiya qoyurlar. İnvestisiya qiymətli kağızlar satıla bildiyi üçün likvidliyi təmin edir.

Bankın qiymətli kağızlar üzrə portfelinin həcmi ötən ilin ilk rübünün sonunda 4.2 faiz olduğu halda, bu il 8.6 faizə yüksəlib.

Bank qiymətli kağızları cəlb edərkən daha çox yaxın müddətli götürür. Məsələn, ticarət investisiya portfelinin 74 faizi və ya 59.08 mln. manatı 1 ilə qədər likvidlik vəd edir.

“Bank of Baku” ASC bu aktivlərin idarə edilməsindən təkcə cari ilin birinci rübündə 1.07 mln. manatlıq faiz gəliri əldə edib. Bu, illik müqayisədə 168 faiz artımdır.

Bankın qiymətli kağızlar üzrə ümumi portfeldəki nisbəti ilk rübdə 1.35 faiz təşkil edib. Məsələn, öncəki ildə bu rəqəm 1.28 faiz idi. Bu o deməkdir ki, “Bank of Baku” gəlirliliyi yüksək olan istiqraz və ya notlara üstünlük verib.

Xatırladaq ki, bankın 1 aprel 2024-cü il tarixinə 922.56 mln. manatlıq aktivləri var və onu 1 mlrd. manat olmasından yalnız 77 mln. manat ayırır. Bu da cari ilin üçüncü rübünün sonuna asanlıqla çata biləcək hədəf sayıla bilər.

Son xəbərlər
Digər xəbərlər