12 C
Baku
Wednesday, December 11, 2024

“Bank of Baku” ilk rübü müsbət maliyyə nəticələri ilə bitirib

“Bank of Baku” ASC 2020-ci ilin birinci rübündə (R1) 13,50 mln. manatlıq faiz gəliri ilə öncəki ilin eyni dövrü ilə müqayisədə 29% artıma nail olub.

Bu barədə Banker.az Bankın R1 üçün açıqladğı maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə Bank of Baku-nun faiz xərci 3,13 mln. manat, qeyri-faiz gəliri 2,61 mln. manat və qeyri-faiz xərci 9,99 mln. manat təşkil edib, nəticədə bankın 3 mln. manatlıq əməliyyat mənfəəti yaranıb. Problemli kreditlər üzrə kiçik ayırmadan sonra bankın R1 üzrə xalis mənfəəti 1,97 mln. manata çatıb. Məlumat üçün bildirək ki, bu ötən ilin eyni dövründə 7,75 mln. manat həcmində zərər idi.

Bankın aktivləri böyüyüb

“Bank of Baku” ASC-nin aktivləri R1-in əvvəli ilə müqayisədə sonu 12% artımla 426,28 mln. manata qədər artıb. Aktivlərin 77,18 mln. manatı nağd vəsaitlər, 24,18 mln. manatı ticarət və investisiya qiymətli kağızlar, 56,70 mln. manatı banklar və maliyyə institutlarına kredit və depozitlər 239 mln. manatı müştərilərə verdiyi kreditlər,  11,99 mln. manatı əmlak və avadanlıqarı təşkil edib.

Bankın böyüməsində əsas amil kimi 6% artımı göstərmək olar. Kredit portfelinin 260,20 mln. manatı istehlak, 87,69 mln. manatı biznes, 8,85 mln. manatı daşınmaz əmlak kreditləri təşkil edib.

Bankın hazırda öhdəliklərinin həcmi 359,98 mln. manat təşkil edir. Portfelin 182,87 mln. manatı depozitlər, 85,31 mln. manatı Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər, 65,49 mln. manatı Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər, 16,73 mln. manatı subordinasiya borcları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər