“Bank of Baku” kredit portfelini ilk rübdə 6% artırıb

“Bank of Baku” ASC-nin kredit portfeli 2026-cı ilin ilk rübündə 5.87% artıb.

Banker.az xəbər verir ki, 1 aprel 2026-cı ilin sonuna ün sonuna 964.14 mln. manat təşkil edib.

Portfelin strukturunda istehlak kreditləri 745.82 mln. manat olmaqla 6.56% artım göstərib, biznes kreditləri 156.46 mln. manat səviyyəsində formalaşaraq 5.18% yüksəlib, daşınmaz əmlak kreditləri isə 61.86 mln. manata enərək 0.25% azalıb.

Bankın kreditlərdən əldə etdiyi faiz gəlirləri 46.6 mln. manat təşkil edib və illik müqayisədə 19.6% artım nümayiş etdirib.

Qeyd edək ki, ümumilikdə faiz gəlirləri 50.71 mln. manata yüksələrək 24.5% artıb, bunun əsas hissəsi müştərilərə verilmiş kreditlər üzrə formalaşıb və bu istiqamət üzrə gəlirlər 19.60% artıb.

Son xəbərlər
Digər xəbərlər