5 C
Baku
Monday, February 6, 2023

Bank of Baku yeni filialını – Nərimanov filialını xidmətə verdi!

®Ölkənin aparıcı banklarından olan Bank of Baku, müştərilərinə daha yaxın xidmət göstərmək məqsədilə sayca 20-ci filialını – Nərimanov filialını müştərilərinin ixtiyarına verdi. 

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nərimanov rayonunda yerləşən filialda müştərilərə yüksək xidmət göstərilməsi üçün bütün şərait yaradılmış, filial müasir dizayn və texnoloji avadanlıqlarla təmin olunmuşdur. 

Açılış mərasimində bankın nümayəndəsi Orxan Kazımov çıxışında, filial haqqında məlumat verərək bildirib ki, Nərimanov filialında müştərilər bütün bank xidmətlərindən müxtəlif kredit məhsulları, kassa əməliyyatları, əmanət, bank kartları, pul köçürmələri, ödənişlər, valyuta mübadiləsi və s. faydalana bilərlər. 

“Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 76H” ünvanında yerləşən Nərimanov filialı həftəiçi hər gün saat 09:00-dan saat 17:00-dək, şənbə günü isə saat 10:00-dan saat 15:00-dək müştərilərə xidmət göstərəcək. 

Bank of Baku-nun digər filialları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün bankın 145 Məlumat Mərkəzinə zəng edə və ya bankın rəsmi veb səhifəsinə https://www.bankofbaku.com, Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil ola bilərsiniz.

Bank of Baku yeni filialini Nərimanov filialini xidmətə verdi 4

Bank of Baku yeni filialini Nərimanov filialini xidmətə verdi 1 1Bank of Baku yeni filialini Nərimanov filialini xidmətə verdi 2 1Bank of Baku yeni filialini Nərimanov filialini xidmətə verdi 3 1

Son xəbərlər
Digər xəbərlər
X