26 C
Baku
Saturday, July 27, 2024

“Bank of Baku”nun illik xalis mənfəəti 3,5 mln. manata qədər artıb

2018-ci il “Bank of Baku” ASC (BoB) üçün mənfəət baxımdan düşərli olub. Bank ötən ilin 12 ayının tamamını  3,47 mln. manat xalis mənfəət ilə tamamlayıb.

Banker.az bunu Bankın 2018-ci il üzrə (yanvar-dekabr) açıqladığı maliyyə hesabatına istinad edir.

Bank 41,32 mln. manat faiz gəliri, 14,43 mln. manat faiz xərci ilə illik xalis faiz gəlirni 26,89 mln. manat edib (2017-ci ildəki 30 mln. manatlıq xalis faiz gəlirindən az olması deməkdir). Bank il üzrə qeyri-faiz gəliri 3,3 mln. manat olmaqla bərabər qeyri-faiz xərci 57,03 mln. manat təşkil edib.

Beləliklə bankın əməliyyat mənfəəti “mənfi” rəqəm, yəni, 26,35 mln. manat ilə nəticələnib.

Lakin, “BoB” 30,28 mln. manatlıq problemli kreditlərin geri qayatılması hesabına bankın xalis mənfəəti 3,47 mln. manat təşkil edib.

Bankın bu mənfəəti illərdir yığılmış zərərini bir qədər azaldaraq 22,53 mln. manata salıb.

535345345

Son xəbərlər
Digər xəbərlər