26 C
Baku
Sunday, April 21, 2024

“Bank of Baku”nun Müşahidə Şurasına təyinat

“Bank of Baku” ASC-nin Müşahidə Şurasının yeni üzvü seçilib.

Banker.az xəbər verir ki, bu, əvvəllər adıçəkilən bankın İdarə Heyətinin sədri olmuş Filiz Yunus Emre Alidir.

Bununla da Müşahidə Şurasının üzvləri bir sədr Elçin İsayev olmaqla 4 üzvdən ibarətdir. Üzvlər – Arda Eromi, Maşallah Saleh oğlu, İlqar Əliyev Fəyyaz oğlu və Yunus Emre Ali Filizdir.

Y.Emre 2021-ci ilin martından 2024-cü ilin martına qədər Bankın İdarə Heyətinin sədri olub. 2015-ci ildən 2021-ci ilə qədər isə “Bank of Baku”nun əsas səhmdarı olan Türkiyənin “NAB Holding”i tərəfindən Müşahidə Şurası üzvi kimi çıxış edib.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin “NAB Holding”inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik, “AFB Bank” ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər