18 C
Baku
Saturday, May 4, 2024

Bank Respublika aşağıdakı vakant yerlərə işçi axtarır

Bank Respublika ASC “İstehlak kreditləri üzrə mütəxəssis (Sabirabad filialı)” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika Sizə Faydalı prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal-hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-dən artıq əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
• Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
• Dil bilikləri: Azərbaycan dili (əla);
• Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İstehlak kreditləri üzrə mütəxəssis (Sabirabad filialı)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


 

Bank Respublika ASC “Kredit üzrə arxa ofis mütəxəssisi (Şirvan Filialı)” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika Sizə Faydalı prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal-hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-dən artıq əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
• Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
• Qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
• Kredit qovluğunu və onun elektron fotosurətini yaratmaq;
• Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə və bankdaxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə və iqtisadiyyat üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: aidiyyatı sahə üzrə iş təcrübəsi arzuolunandır;
• Azərbaycan dili əla (yazılı və şifahi );
• Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit üzrə arxa ofis mütəxəssisi (Şirvan Filialı)”  şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər