“Bank Respublika” ASC 2023-cü ilin yanvarında səhmdarlarına dividend elan edib və ödəyib.
Banker.az bunu bankın audit hesabatına istinadən xəbər verir.
Hesabata görə, ödənilən dividendin məbləği 5.9 milyon manatdır.
1 yanvar 2023-cü il tarixinə bankın 14.91 mln. manat bölüşdürülməmiş mənfəəti olub.
Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73.461 milyon manatdır. Bankın səhmlərinin 51.15%-i Natiq Quliyevə (Müşahidə Şurasının üzvü), 16.6%-i Almaniyanın DEG İnvestisiya və İnkişaf Korporasiyasına, 15.06%-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 7.41%-i Namiq Quliyevə, 5.45%-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4.25%-i Almaniyanın “Sparkassen International Development Trust” şirkətinə, 0.08%-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.