26 C
Baku
Saturday, July 27, 2024

“Bank Respublika” dollarda olan əmanətinin minimum müddəti azaldıb, faizlərini artırıb

“Bank Respublika” ASC hüquqi şəxslərdən dollarla qəbul etdiyi müddətli əmanətlərin şərtlərini dəyişib.

Banker.az-ın monitorinq qrupu bu barədə yazır.

Qrup bildirir ki, Bank bundan öncə minimum olaraq 12 ay müddətinə qəbul etdiyi depozitin müddətini 6 aya endirib. Bank qeyd edilən müddət ərzində ödəniş faizini 0,5% tarifi ilə müəyyən edib.

Bundan əlavə Bank bundan öncə 1,75% ilə 12 ay müddətinə depozit qəbul edirdisə, bundan sonra bunu 2% ilə əvəz edib. Əlavə olaraq bu 24 ay müddətinə olan tarifə də şamil edilir.

Son xəbərlər
Digər xəbərlər