-1 C
Baku
Sunday, December 15, 2024

“Bank Respublika” əmanətlə təminatlı kreditin maksimal həddini 100 min manata çatdırıb

“Bank Respublika” ASC əmanət təminatı ilə verilən kredit maksimal məbləğini kəskin böyüdüb.

Banker.az-ın Monitorinq qrupu bildirir ki, bu kreditin əldə olunması üçün 100 min manat həcmində pul vəsaitini əldə etmək mümkün olacaq.

Buna qədər isə maksimal hədd 30 min manat müəyyən olunmuşdu.

Qeyd edək ki, bu kreditlər manatda illik 5 faizdən, dollarda isə 3 faizlə verilir.

Əmanət təminatı ilə verilən kredit istənilən məqsədlər üçün pul vəsaitlərinin alınmasına imkan verir. Girova qoyulan əmanət “Bank Respublika”nın istənilən filialında yerləşdirilə bilər.

 

Son xəbərlər
Digər xəbərlər