12 C
Baku
Thursday, March 28, 2024

Bank Respublika – indi MilliÖN ödəniş sistemində

Bank Respublika MilliÖN ödəniş sisteminin partnyorları sırasına qatıldı. Bank Respublika və MilliÖN ödəniş sistemi kredit borclarını sayı 1500-dən artıq olan MilliÖN ödəniş terminal şəbəkəsi vasitəsilə ödəmək imkanını təklif etdilər.

Ödəniş terminalında krediti ödəmə üsulu çox sadədir: monitorda “Bank xidmətləri” seçildikdən sonra “Bank Respublika” düyməsinə basılır. Bankın müştəriləri müvafiq xanalara hesab nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrələrini daxil edir, lazım olan məbləği yatırır və qəbzini alır. Real vaxt rejimi pul vəsaitlərini dərhal hesaba yatırılmasına imkan verir. Əməliyyat üçün heç bir komissiya haqqı tutulmur.

MilliÖN şəbəkəsi Azərbaycanın bütün bölgələri üzrə 5000 ödəniş nöqtəsinə malikdir.

Son xəbərlər
Digər xəbərlər