18 C
Baku
Monday, April 29, 2024

Bank Respublika sahibkarlar üçün “Keşbekli Mikro Kredit” kampaniyasına start verir!

®Ölkəmizdə müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyarla sevindirən Bank Respublika, kiçik biznes sahibləri üçün növbəti yenilik etdi. Yeniliyə əsasən ölkəmizdə ilk dəfə olaraq Bankdan mikro və aqro kredit götürən sahibkarlar keşbek qazanmaq imkanı əldə edəcək. 

Belə ki, “Keşbekli Mikro Kredit” kampaniya çərçivəsində Bankdan kredit götürən müştərilər, müddətin ilk 3 ayında Bankdan aylıq faiz ödənişi məbləğinin 2%-dək KEŞBEK qazanacaqlar! Bunun üçün müştərilərin kredit ödənişlərini qrafikə uyğun olaraq gecikmədən həyata keçirmələri kifayətdir.

Kredit üzrə illik faiz dərəcəsi – min. 10%, maksimal məbləğ – 50.000 manatadək, müddət – 48 ayadək təşkil edir.

Kampaniyanın digər özəllikləri:

  • Zaminsiz və tranşla kredit götürmək imkanı;
  • Təminatdan asılı olaraq kreditin komissiyasız təqdim edilməsi imkanı;
  • Kredit xətti açılması imkanı;
  • 12 ayadək güzəşt müddəti;
  • Sərbəst ödəniş qrafiki;
  • Sığorta tələbi və qiymətləndirmə xərci yox.

Kampaniya 1 aprel 2024-cü il tarixinədək davam edəcək

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər