“Bank Respublika” ASC-də 2021-ci ilin martından vakant olan İnsan Resursları departamentinə yeni rəhbər təyin edilib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.
Adıçəkilən departamentə Ayan Bünyat-Zadə rəhbər təyin edilib.
O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadiyyatın idarəedilməsi üzrə fəlsəfə doktoru dərəcəsinə sahibdir.