28 C
Baku
Saturday, July 27, 2024

“Bank Respublika”da biznes kreditləri üzrə yeni departament yaradıldı, direktor təyin edildi

“Bank Respublika” ASC-də Mərkəzləşdirilmiş Biznes Kreditləri departamenti yaradılıb.

Banker.az xəbər verir ki, İlkin Niftullayev Mərkəzləşdirilmiş Biznes Kreditləri departamentinin direktoru təyin edilib.

İ.Niftullayev bu banka 2018-ci ildən “AccessBank” QSC-dən gəlib. Son iki ili Korporativ satış departamentinin direktoru müavini idi.

İlkin Niftullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümumi İqtisadiyyat (Maliyyə və Kredit) üzrə bakalavr dərəcəsi alıb.

Son xəbərlər
Digər xəbərlər