15 C
Baku
Tuesday, April 16, 2024

“Bank Respublika”dan “Müəllimlər Günü”nə güzəştli kredit kampaniya

Bank Respublika “Müəllimlər günü” münasibəti ilə Müəllim adını daşıyanlara Nağd pul kreditini 2% endirimlə təklif edir. Oktyabrın sonundək Müəllim peşəsi sahibləri bankın istənilən filialına müraciət etməklə komissiyasız Nağd pul kreditini ala bilərlər.

Kampaniya çərçivəsində müəllimlər Nağd pul krediti ilə yanaşı PayKart kredit taksit kartını 0 % komissiya ilə əldə edə biləcəklər.

Kreditin maksimal məbləği 10.000 AZN, müddəti isə 24 ay təşkil edir. Kredit tək şəxsiyyət vəsiqəsilə rəsmiləşdirilə bilər, gəlirlər haqqında arayışı birbaşa bankdan almaq olar. 3000 AZN-dək kredit isə həmçinin zaminsiz təklif oluna bilər.

“PayKart Kredit” kartı – bir sıra üstünlükləri ilə seçilən rahat və səmərəli ödəniş

vasitəsidir. “PayKart Kredit” kartında bərpa olunan kredit xətti mövcuddur ki, bu da öz növbəsində istər Azərbaycan istərsə xarici ölkələrdə alış-verişin aparılması və vəsaitin nağdlaşdırılması zamanı bir çox imkanlar yaradır.

Bu kart vasitəsilə ödəniş etdikdə, müştərinin istəyi ilə bütün ödənişlər 12 ayadək bölünə bilər (3,6,9,12).

Bank Respublika-dan kredit almağın vacib üstünlüyü xidmət paketi qismində bir sıra xidmətlərin pulsuz təqdim olunmasındadır.

Kredit alanlara avtomatik olaraq bank məhsullarını banka gəlmədən idarə etməyə imkan verən “Mobil Şöbə” və “İnternet Şöbə” xidmətləri hədiyyə olunur.

Kredit haqqında ətraflı məlumat: https://www.bankrespublika.az/content/az/146

PayKart Kredit kartı haqqında məlumat: https://www.paykart.az

Bank Respublika,25 il Sizə faydalı!

Son xəbərlər
Digər xəbərlər