Bank Respublika 2017-ci il ərzində əldə etdiyi maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb. Hesabata əsasən Bankınxalis əməliyyat mənfəəti 8,6% artaraq 4.9 milyon manat təşkil edib. Bundan əlavə, banka əmanətlərini etibar edən müştərilərin sayında və əmanətlərin həcmində də artım müşahidə olunub. Belə ki, 2017-ci ilin nəticlərinə görə bankın fiziki şəxslərin depozit portfeli 3,5% artaraq 196,637 mln manat təşkil edib. Ümumi depozit portfeli isə ötən ilin sonunda2,7% artaraq 474,801 min manat olub.
Hesabat dövrünə bankın aktivləri 702 milyon, kredit portfelinin həcmi 229 milyon manat təşkil etmişdir. Kredit portfelinin keyfiyyətinin təhlili, vaxtı keçmiş kreditlərin həcminin azalmasını göstərir. Bu göstərici rüb ərzində 13%-dən 10%-dək azalmışdır, bu da bank sektorunda aşağı göstəricilərdən biri olmaqla yanaşı, bankın müsbət maliyyə nəticələrinə və dayanıqlığını göstərən əsas amillərdən biridir.
Kredit portfelinin keyfiyyət baxımından dəyişməsinin qarşısını almaq məqsədilə bank il ərzində 15 milyon manat həcmində ehtiyyatların yaradılmasına qərar vermişdir.Nəticədə bank ili 10.5 milyon zərər ilə başa vurmuşdur.
Bankın İdarə Heyətinin sədri Asəf Namazov nizamnamə kapitalının 10 milyon manat artırılması ilə bağlı açıqlama verib. (ətraflı linkdə)
“Bank Respublika” ASC 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və 25 ildir ki, “Sizə Faydalı” şüarına sadiq qalaraq, effektiv maliyyə xidmətləri göstərir.
Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.