27 C
Baku
Saturday, July 27, 2024

“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb

“Bank Respublika” ASC-nin cəmi faiz gəlirləri 2020-ci ilin ilk rübündə 19,97 mln. manat təşkil edib, bu da illik müqayisədə 34% artım deməkdir.

Banker.az xəbər verir ki, bu barədə bankın cari ilin 1-ci rübündə (R1)  açıqladığı maliyyə hesabatlarında deyilir.

Hesabat dövrü ərzində bankın faiz xərcləri 6,89 mln. manat, qeyri-faiz gəlirləri 7,30 mln. manat və qeyri-faiz xərcləri isə 15,57 mln. manat təşkil edib. Bununla da bankın əməliyyat mənfəəti 5,01 mln. manat təşkil edib.

Lakin, bank ilin ilk rübündə problemli aktivlər üzrə ayırmalara 2,12 mln. manat ayrmadan sonra xalis mənfəəti 2,89 mln. manat təşkil edib.

Balansı

“Bank Respublika”nın cəmi aktivləri  1 aprel 2020-ci il tarixinə 1 milyard 344,75 mln. manat təşkil edib. Bu da bankın R1-də 5% aktivlərinin kiçilməsi anlamına gəlir. Bankın aktivlərindəki nağd vəsaitlərin rüb ərzində 38% azalmaqla 370,56 mln. manata düşməsi olub. Bununla belə bankın digər bank və maliyyə institutlarına  yatırdığı depozitlərin həcmi 344,34 mln. manat, verdiyi kreditlər 20,93 mln. manat, qiymətli kağızlar üzrə portfeli 64,37 mln. manat təşkil etməklə artım qeydə alınmış aktivləri olub.

Bankın müştərilərə R1 ərzində verdiyi kreditlərin həcmi 2%-ə yaxın kiçilməklə 477,17 mln.  təşkil edib.

Kreditlərin, 79,86 mln. manatı istehlak, 348,34 mln manatı biznes və 48,30 mln. manatı isə daşınmaz əmlaka verilən kreditlər təşkil etmişdir.

Kommersiya bankının cəmi öhdəlikləri 1 milyard 263,52 milyon manat olub ki, bunun 1 milyard 7,93 mln. manatı müştərilərdən cəlb etdiyi depozitlərdir.

Son xəbərlər
Digər xəbərlər