Martın 28-də “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Yığıncaqda Şakir Rəhimov bankın Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. O, bu vəzifədə Elçin Quliyevi əvəz edib.
Bundan başqa, səhmdarlar Bankın nizamnamə kapitalının daha 20 mln. manat artırılmasına qərar veriblər.
Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 57,461 mln. manatdır.
Bildirək ki, 3 fevral 2017-ci il tarixində APA Rəyasət Heyətinin yeni üzvü kimi “Bank Respublika”dan Şakir Rəhimov təyin edilib.