25 C
Baku
Saturday, July 27, 2024

Bank Respublikanın aktivləri 1 milyarda yaxınlaşır

Bank Respublika 2016-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatlarını açıqlamışdır.

Banker.azın bankın maliyyə hesabatlarına istinadən verdiyi məlumata görə, böhran dövründə bankın aktivlərinin artımı davam edir. Belə ki, 3-cü rübün sonuna əsasən bankın aktivləri 912 mln. manat təşkil edir. Məlumat üçün bildirək ki, ötən rübün sonunda aktivlərin həcmi 898 mln. manat olmuşdur.

Buna da bax: AZƏRBAYCANDA BU BANKIN ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB

Aktivlərində artımlar müşahidə olunsada, bankın mənfəətində azalmalar müşahidə olunur. 2015-ci ildə əldə edilmiş 62 milyon manat gəlir, böyük ehtimalla bu ilin sonunda təkrarlamaq mümkün olan deyildir. 3-cü rübün nəticələrinə görə bankın ümumi gəlirləri 35 mln. manata bərabərdir.

Bank Respublikanın fiziki şəxslər üzrə kredit portfelində azalma qeydə alınsada, bu artım maliyyə qurumlarına verilən kreditlərin həcminin artımı ilə qismən kompensasiya edilmişdir. Belə ki, 2 rüb fərqinə əsasən fiziki şəxslər üzrə kredit portfelinin həcmi 21 mln. manat azalaraq  272 mln. manat təşkil etmişdir. Bankın maliyyə sektoruna verdiyi kreditlərin həcmi isə 20 mln. manat artaraq 25 mln. manata çatdırılmışdır.

Oxşar yazı:  NBC bank 3-cü rübü zərərlə başa vurub 

 

Son xəbərlər
Digər xəbərlər