6 C
Baku
Sunday, December 15, 2024

Bank sədri hesabatla bağlı: 2021-ci ildə məqsədimiz bu idi, ona da nail olduq

“Bankın 2021-ci il üçün əsas vəzifəsi kredit portfelini artırmaq idi ki, biz bu məqsədimizə uğurla nail olduq”.

Banker.az xəbər verir ki, bunu “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankın 2021-ci il üzrə maliyyə nəticələrini şərh edərkən deyib.

O, AccessBank hər ay 5 000-ə yaxın sahibkara kredit verməsi ilə, mikro və kiçik biznesə dəstəklərinin bariz nümunə olmasını çatdırıb.

“Depozit portfeli, likvidlik və ümumi əməliyyat göstəricilərimiz stabil müsbət tendensiya nümayiş edir. Əminik ki, pandemiyanın yaratdığı neqativ hallar geridə qalıb və bank bundan sonra da biznesə fəal şəkildə kredit verməyə və təklif etdiyi xidmətlərin çeşidlərini təkmilləşdirməyə davam edəcək”.

Bankın ümumi portfeli 2021-ci ilin sonuna 130 milyon artaraq 632.5 milyon təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.8% çoxdur.

2021-ci ilin dördüncü rübü üzrə artım 60.3 milyon manat təşkil edib.

Kredit portfelinin 85%-ni biznes kreditləri təşkil edib. 2021-ci ildə AccessBank tərəfindən 636.6 milyon manat kredit verilib, bu da 2020-ci il ilə müqayisədə 285.5 milyon manat və ya 81.3% çoxdur. Verilən kreditlərin yarıdan çoxu regional filialların payına düşüb.

Bankın depozit portfeli 2021-ci ilin sonuna 62.3 milyon artaraq, 689.8 milyon təşkil edib. Bu da ötən il ilə müqayisədə 9.9% çoxdur.

Bankın 2021-ci ilin sonuna faiz gəlirləri 53.7 milyon manat təşkil edib. Bu da ötən il ilə müqayisədə 4 milyon manat, və ya 8.1% çoxdur.

Bank 2021-ci ilin dördüncü rübündə xalis gəlirini 2 milyon manat artıraraq, ili 1.1 milyon manat mənfəətlə bitirib.

Xatırladaq ki, “AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər