16 C
Baku
Friday, April 26, 2024

Bank sektoru ili xalis mənfəətlə başa vurub – Palata

Azərbaycanın bank sektoru 2018-ci ili 279,4 mln. manat xalis mənfəətlə başa vurub.

Banker.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, 2017-ci il ilə müqayisədə 68,4% azdır.

Ötən il ərzində bank sektorunun faiz gəlirləri 1 753,0 mln. manat, faiz xərcləri 581,9 mln. manat, qeyri-faiz gəlirləri 549,1 mln. manat, qeyri-faiz xərcləri isə 1025,6 mln. manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 694,6 mln. manat olub.

2017-ci illə müqayisədə bank sektorunun faiz gəlirləri 1,3%, faiz xərcləri 29,5%, qeyri-faiz gəlirləri 41,5% azalıb, qeyri-faiz xərcləri isə əksinə, 4,6% artıb. Bankların xalis əməliyyat mənfəəti isə bir ildə 23,5% azalıb.

Hesabat dövründə banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 345,4 mln. manat ayırıblar, 72,3 mln. manat mənfəət vergisi ödəyiblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər