Azərbaycanda bank sektorunda çalışan işçilərin sayı bir qədər də artıb.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 1 iyun 2018-ci il tarixinə olan statistik göstəricilərində deyilir.
Belə ki, bütövlükdə, bank sektorunun işçi heyəti may ayı ərzində 1% yəni, 159 nəfər artaraq 16 662 nəfər təşkil edib. İlin əvvəlindən isə bank sektorunun işçi sayı 3%, yəni, 491 nəfər artıb. Qeyd edək ki, ötən ilin analoji dövründə bu rəqəmlər 16 034 nəfər idi.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 471 olub.