7 C
Baku
Sunday, February 5, 2023

“Bank sektorundakı artım gələn ildən mülayim inkişaf tendensiyasına keçəcək”

Azərbaycan bank sektorunun likvid vəsaitlərinin həcmi artmağa davam edib, sektor olaraq likvidlik baxımından olduqca yaxşı mövqeyə sahib olmuşuq.

Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

“Belə ki, bankların nağd vəsaitləri, müxbir hesablardakı və maliyyə institutlarındakı depozitlərin həcmi son 12 ayda 25% artaraq 15.8 milyard manata çatıb ki, bu da ümumi aktivlərin 36%-ni təşkil edib. Pandemiyadan sonrakı dövrdə bank sektorundakı bu sürətli artım tempinin artıq növbəti ildən daha mülayim inkişaf tendesiyasına keçəcəyini gözləyirik. Bu isə sektorun yüksəlməsinə dəstək olaraq yeniliklərin tətbiqi üçün ən optimal dövr hesab edilir”, – deyə Z.Nuriyev əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X