27 C
Baku
Wednesday, April 24, 2024

Bank sektorundakı mənbə: “Manatın devalvasiyasına dair söhbətlər əsasızdır”

“İstirahət günlərində manatın gözlənilən devalvasiyasına dair söhbətlər əsassızdır”, – Banker.az xəbər verir ki,bu barədə agentliyə bank sektorundakı mənbə bildirib.

Azərbaycan Mərkəzi Bankı 30 sentyabr tarixini banklar üçün iş və əməliyyat günü elan edib. Bu barədə AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə banklara daxil olan məktubda deyilir.

“30 sentyabr tarixi banklar üçün iş günü elan edilir. Bu qərar dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə qəbul olunub. 30 sentyabr tarixi üçüncü rübün son günüdür. Beləliklə, istirahət günlərində manatın gözlənilən devalvasiyasına dair bütün söhbətlər əsassızdır”, – agentliyin həmsöhbəti bildirb.

2015-ci ildə AMB manatı iki dəfə devalvasiya etmək barədə qərar qəbul edib. Hazırda manatın məzənnəsinin möhkəmlənməsi müşahidə olunur. 2017-ci ilin yanvar-sentyabr aylarında manat 2015-2016-cı illərdə ucuzlaşdıqdan sonra 4% möhkəmlənib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər