25 C
Baku
Friday, April 19, 2024

Bank sektorunun xalis mənfəəti 2 dəfəyə yaxın azalıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-noyabr aylarını 306,3 mln. manat xalis mənfəətlə başa vurub.

Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,3% və yaxud 1,9 dəfə azdır.

11 ay ərzində bank sektorunun faiz gəlirləri 1 596,6 mln. manat, faiz xərcləri 536 mln. manat, qeyri-faiz gəlirləri 500,1 mln. manat, qeyri-faiz xərcləri isə 916,7 mln. manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 644 mln. manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə bank sektorunun faiz gəlirləri 7,8%, faiz xərcləri 32,7%, qeyri-faiz gəlirləri 42,7% azalıb, qeyri-faiz xərcləri isə əksinə, 4,9% artıb. Bankların xalis əməliyyat mənfəəti isə bir ildə 31,1% azalıb.

Hesabat dövründə banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 303,4 mln. manat ayırıblar, 32,1 mln. manat mənfəət vergisi ödəyiblər. Ötən ilin eyni dövrü ilə müqayisə edəndə məlum olur ki, son 1 ildə bankların aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayrıdığı vəsait 4,2% azalıb, ödədikləri mənfəət vergisi isə 12,6% artıb.

Ötən ilin eyni dövründən fərqli olaraq bu ilin yanvar-oktyabr aylarından banklar digər mənbələrdən gəlir əldə etməyib, əksinə bu istiqamətə 2,2 mln. manat xərc çəkiblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər