7 C
Baku
Tuesday, March 5, 2024

Bank Silk Way Lider məhsulu ilə öndə!

Bank Silk Way 23 may 2017-ci il tarixində Master Card-ın Azərbaycan üzrə ölkə nümayəndəliyi tərəfindən Mil kartları ilə bağlı kampaniyanı uğurla həyata keçirən bank kimi sertifikatla təltif edilmişdir.

Xatırladaq ki, 10 oktyabr – 1 aprel 2016-cı il tarixlərində Bank Silk Way «MasterCard» şirkəti ilə birgə «MasterCard Miles 1+1» adlı yeni kampaniya həyata keçirmişdir. Kampaniyanın şərtlərinə əsasən MasterCard Standard Miles və MasterCard Gold Miles kartlarını əldə etmiş hər bir müştəriyə hədiyyə olaraq eyni adlı ikinci kart təqdim olunurdu. Hədiyyə üçün nəzərdə tutulmuş kartı müştəri öz adına və ya seçim etdiyi digər şəxsin adına sənədləşdirə bilərdi.

Qeyd edək ki, Bank Silk Way Mil kartları məhsulu ilə Azərbaycanda yeganə Bank olaraq fərqlənərək üstünlüyünü qoruyur. Məlumat üçün bildirək ki,  Mil kartları məhsulu Azərbaycanda yeganə olaraq Bank Silk Way tərəfindən təqdim edilir və bank bazarında bu məhsulun analoqu yoxdur.

Miles kartı bank kartının üstünlükləri ilə «Azal Miles» proqramının iştirakçılarının imtiyazlarını özündə birləşdirən birgə ödəniş kartıdır. Gündəlik alış-veriş və xidmətləri Miles kartı ilə ödəyən kart sahibi öz hesabına millər qazanır. Mağazalarda kiçik ödənişlərdə daxil olmaqla, bank kartından mümkün qədər mütəmadi istifadə sizə daha çox Millər qazandırır və buna görə sizdən əlavə komissiya tutulmur. Millər dünyanın istənilən valyutası ilə həyata keçirilən ödənişlər zamanı əlavə olunur. Millər həmçinin “AzerbaijanAirlines” aviaşirkətinin reyslərindən istifadə edərkən toplanır.

Miles kartı əldə edərək:

  • “SW Club” və Duty free endirim kartının hədiyyə olunması;
  • Səyahət edənlər üçün sığorta şəhadətnaməsi hədiyyəsini qazanmış olursunuz.

Miles balları toplayaraq, aşağıdakı mükafatları ala bilərsiz:

  • Aviaşirkətin təqdim etdiyi pulsuz aviabiletin (biznes və ekonom sinfi) əldə edilməsi;
  • “N” və ya “Y” ekonom sinfindən “A” biznes sinifinə pulsuz artırılması;

Mütəmadi olaraq kart satışı ilə bağlı Bank tərəfindən 1+1 kampaniyası keçirilir və müştərilər bir kart əldə etdikdə digəri hədiyyə olaraq təqdim olunur.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi facebook səhifəsinə müraciət edə bilərsiniz. https://www.fb.com/swbankmiles

Bank Silk Way – Bizimlə Güvənlidir!

2

Son xəbərlər
Digər xəbərlər