Başlıca öhdəliklər və məsuliyyətlər
• PT-nin inkişafı üzrə biznes tələblərin təhlili;
• Yeni (PL/SQL) funksionalın işlənməsi, mövcud olanın genişləndirilməsi;
• SQL sorğuların və PL/SQL paketlərin optimallaşdırılması;
• İnformasiya mühiti (ABS, DWH) daxilində, əlaqəli İT sistemlər (Card Processing Center, Automatically Payment System -Cash-in, CRM, Mobile Bank) üçün inteqraiv həllərin işlənməsi və tətbiqi;
• Saxlanılan prosedurların, funksiyaların, qovluqların, triggerlərin yazılması;
• Verilənlər seçimi üzrə SQL-sorğuların yaradılması;
• Tətbiq edilən dəyişikliklərin test edilməsi;
• Kənar tərtibatçılarla qarşılıqlı iş, işlənmə üzrə tapşırıqların icra olunmasına nəzarət;
• Texniki həllin işlənməsi, PT-na qarşı tələblərin və texniki tapşırıqların işlənməsi;
• Texniki sənədlərin yazılması.
Namizədin Profili
• Ali təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində)
• Rus və Azərbaycan dilləri üzrə mükəmməl, ingilis dili üzrə orta səviyyədə biliklər (sənədləri oxuyub başa düşəcək səviyyədə)
• SQL-ni bilmək və PL/SQL-də proqramlaşdırma təcrübəsi, kodu keyfiyyətli yazmaq və onu sınaqdan çıxarmaq bacarığı, yad kodu təhlil etmək bacarığı;
• Analitik düşüncə tərzi və fikirlərin şərhinin strukturlaşdırılması, işdə sistemlilik məcburidir;
• İT sahəsində minimum 1 il iş təcrübəsi;
• XML ilə iş təcrübəsi arzu olunandır;
• BD Oracle inzibatçılığı təcrübəsi rəğbətlə qarşılanır;
• Bank sektorunda, prosessinq mərkəzində iş təcrübəsi, ödəniş sistemlərinin iş prinsiplərini, tələblərini və iş texnologiyasını bilənlərə üstünlük verilir;
• Yenidən işlənmələrə hazırlıq;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Məsuliyyətlilik;
• Ünsiyyət bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 24.08.2016-cı il tarixinədə[email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Bank sistemlərinin inzibatçılığı qrupunun Mütəxəssisi) göstərməyiniz xahiş olunur.