6 C
Baku
Monday, December 16, 2024

Bank sizdən ödəniş etmək üçün plastic kartı ala bilərmi?

Maaş , təqaüd , çörək pulu kartının banka ödəniş etmək üçün verilməsi halı regionlarda və Bakıda geniş müşahidə olunan nüanslardan biridir. Bəzən bu bank rəhbərliyinin məlumatı olmadan, kredit işçisinin və ya hüquqşünasın təşəbbüsü ilə həyata keçirilir. Bəzən müştəriyə hədə qorxu gəlinərək onun məhkəməyə verilməsi əsas getirilir – bir çox hallarda müştəri bu tora düşür.
Regionlarda hətta bəzi banklar kütləvi olaraq hər kredit verdikləri adamdan plastik kartı götürürkü həmən adamın aylıq ödənişin özləri həyata keçirsinlər.

Bu proses barəsində hüquqi məsələlər üzrə ekspert Pərviz Məmmədovun fikirləri yuxarıda qeyd olunan nüanslarla bağlı qaranlıqları məqamları aradan qaldırır.

CaptureOnun bildirklərinə görə, əgər müştəri kartı banka ödəniş etmək üçün təhvil verərsə o zaman onun bir çox risklərlə qarşılaşmaq ehtimalı vardır. Bank işçisi həmən kart vasitəsi ilə cinayət törədə, axtarışda olan adamlara ödəniş etmək halları, mərc oyunlarında ödəniş etmək və s. kimi əməllərdə istifadə edə bilər. Bunun nəticəsi olaraq, kart sahibi nəinki maddi itkilərlə , hətta cinayət məsuliyyətinə cəlb edilmə ilə üzləşə bilər.

Ekspertin bildirdiyinə görə, əgər müştəri öz iradəsi nəticəsində banka kartı təhvil veribsə o zaman bu situasiyadan müştəri öz xeyrinə hansısa addımın atması və müsbət nəticənin əldə olunması kifayət qədər çətindir. Yox əgər kart müştəridən zor ilə alınıbsa, o zaman nəinki kartdan xərclənmiş pulu bərpa etmək, həmçinində kartı geri almaq olar.

Bank kartı müştəridən fiziki olaraq yox, onun icazesi ilə öz hesabına bağlamaqla kartda olan vəsaitlərə nəzarət edə bilər. Lakin şəxsin icazəsi olmadan onun bank hesabına sərəncam verilməsi qanunvericiklə müəyyən edilən hallar istisna olmaqla qadağan edilir. Bunun üçün şəxsin etibarnmə verməsi lazımdır ki, həmin etibranmədə də müvafiq əməliyyatların aparılmasına səlahiyyət verilməlidir. Bu halda aparılan əmliyyatlar qanuni sayılacagdır.

Son xəbərlər
Digər xəbərlər