“Bank Technique” 2013-cü ilin nəticələrinə görə, 3,737 mln. manat həcmində gəlir əldə edib. Bankın aktivləri il ərzində 24,6% artaraq, 521,610 mln. manat təşkil edib.
Ötən il ərzində fiziki şəxslərin müddətli depozit portfeli öz artım dinamikası ilə fərqlənərək, 74,2% artıb və 200,234 mln. manata çatdırılıb.
Hesabat dövründə, faiz və qeyri faiz gəlirləri 49,1% artaraq, 43,762 mln. manat olub. Bank tərəfindən cəlb olunmuş resursların optimallaşdırılması sayəsində faiz xərcləri 13,1% azalaraq, 18,100 mln. manata düşüb.
Bankın məcmu kapitalı 2012-ci ilin sonu ilə müqayisədə, 46,8% artaraq, 61,855 mln. manat olub. Kapitalın adekvatlıq göstəricisi Mərkəzi Bank tərəfindən təsdiq edilmiş 12%-lik normaya qarşı 13,2% təşkil edərək, tam yerinə yetirilib.
Nizamnamə kapitalı ötən il ərzində 10,345 mln. manat artıb və hazırda 75,100 mln. manat təşkil edir.