2014-cü il ərzində «Bank Technique»in aktivləri 16,7% artaraq, 608,725 mln. manat təşkil edib.
Ötən ildə Bankın kredit portfeli 434,727 mln. manata çatdırılıb ki, 2013-cü ildə bu göstərici 328,102 mln. manat olub.
Hesabat dövründə, faiz və qeyri faiz gəlirləri müvafiq olaraq 39,5 və 20,9% artaraq, ümumi gəlirlər 60, 414 mln. manata yüksəlib.
Kapitalın adekvatlıq göstəricisi Mərkəzi Bank tərəfindən təsdiq edilmiş 12%-lik normaya qarşı 12,25% təşkil edərək, yerinə yetirilib. Bankın xalis mənfəəti 2,722 mln. manat səviyyəsində müəyyən edilib. Ötən ildə bankın müştərilərinin sayı artaraq, 133 min təşkil edib.
Bankın nizamnamə kapitalı 75,100 mln. manatdır.