Bank və BOKT-ların cərimələnməsinə dair mühüm dəyişiklik təsdiqləndi – Məbləğlər

0

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Prezident İlham Əliyev qanunu təsdiqləyib və eləcə də fərmanla tətbiqinə başlanılıb.

Banker.az bu barədə rəsmi sənədə istinadən xəbər verir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Milli Məclis tərəfindən göndərilən qanunda deyilir,

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 471-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 471. Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsi

Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə –

vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.”

Qeyd edək ki, İXM-nin bu maddəsi ilə cərimə etmə səlahiyyəti Maliyyə Bazarlarına Nəzarət Palatasına məxsudur.