Rusiyanın dövlət bankı “VTB”nin Azərbaycandakı törəmə bankı 2022-ci ilin birinci rübünü 5.5 mln. manat xalis mənfəətlə tamamladı.
Bu barədə banker.az “Bank VTB (Azərbaycan)” ASC-nin rüblük maliyyə hesabatına istinadən xəbər verir.
İlin ilk rübündə bankın faiz gəlirlərinin həcmi 6.23 mln. manat (2021-ci ilin birinci rübü: 3.64 mln. manat), faiz xərcləri 1.81 mln. manat (1.01 mln. manat), qeyri-faiz gəlirləri 5.37 mln. manat (1.74 mln. manat) və qeyri-faiz xərcləri 6.28 mln. manat (5 mln. manat) olub.
Bankın 2.08 mln. manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan daxil olmadan sonra xalis mənfəət 5.5 mln. manata yüksəlib.
Bu xalis mənfəətdən sonra bankın balansındakı yığılmış zərər 243.24 mln. manata qədər azalıb.
“Bank VTB (Azərbaycan)”nın aktivlərinin həcmi 1 aprel 2022-ci il tarixinə 13 faiz azalaraq 203.22 mln. manat təşkil edib. Aktivlərinin 163.45 mln. manatı müştərilərə veürdiyi kreditlər təşkil edir.
Öhdəliklərin həcmi 129.03 mln. manata qədər azalıb. Burada 62.61 mln. manatı müştərilərinin depozitləri təşkil edib.